Fişinq ("Phishing") – ingilis dilindən tərcümədə "balıq ovu" deməkdir və qlobal şəbəkədə balıq ovunu xatırladan fırıldaqçılığın bir növüdür. Kiberdələduzluğun xüsusi növü olan fişinqdə istifadəçiləri aldatma yolu ilə adətən şəxsi (məxfi) xarakterli fərdi məlumatları təqdim etməyə məcbur etməyə yönəlir. Belə ki, fırıldaqçı (fişer) sizi ilkin baxışda əsli ilə eynilik təşkil edən amma saxta(fake) olan hər hansı internet resursuna yönəltməklə sizin həmin səhifədəki bütün əməliyyatlarınızı izləməyə nail olur. Bu məlumatlar sizin adınız, soyadınız, doğum tarixiniz, id nömrəniz, e-mail ünvanınız, şifrəniz, məxfi sualınız/cavabınız, bank hesabınız, ip ünvanınız, lokasiyanız və sair bu kimi məlumatlar ola bilər. Sosial mühəndislik lazımi məlumatın əldə edilməsi üçün yalandan və manipulyasidan istifadə etməkdir. Bu intruziyanın qeyri – texniki növüdür və əsasən insanların qarşılıqlı münasibətlərinə əsaslanaraq insanları normal müdafiə prosedurlarını məhv etməyə sürükləyir.
-
Card
Phishing
Zərərverici şəxslər bu yolla istifadəçilərə məxsus kredit kartlarını, sənədlərini və s. kimi şəxsi məlumatları ələ keçirə bilərlər
-
Spear
Phishing
Zərərverici şəxslər istifadəçilərə zərərli linklər və fayllar göndərərək istifadəçilərin cihazlarını yoluxdurub, sonuncuya məxsus şəxsi məlumatları əldə edə bilərlər
-
Sosial
Mühəndislik
Sosial mühəndislik lazımi məlumatın əldə edilməsi üçün yalandan və manipulyasidan istifadə etməkdir. Bu intruziyanın qeyri – texniki növüdür və əsasən insanların qarşılıqlı münasibətlərinə əsaslanaraq insanları normal müdafiə prosedurlarını məhv etməyə sürükləyir.
-
Mail
Phishing
Xakerlər elektron poçt vasitəsilə istifadəçilərə saxta və aldadıcı məktublar göndərərək onların şəxsi məlumatlarını tələb edə bilərlər